14:29 27-10-2020
news_image
95
FUTBOL

İskoya təklif – İngiltərədən

“Real”ın yarımmüdafiəçisi İsko İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi onu mövsümün sonunda deyil, yanvarda heyətinə qatmağı planlaşdırır. Yayda 28 yaşlı orta sahə oyunçusunu son anda komandada saxlayan “kral klubu” bu dəfə onu satmağın əleyhinə deyil. Madridlilər İspaniya millisinin üzvünün keçidindən 40 milyon avro qazanc götürə bilərlər.

Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.