15:16 27-10-2020
news_image
80
FUTBOL

“Barselona”dan gedə bilər - Antuan Qrizmann

Fransa millisinin futbolçusu Antuan Qrizmann karyerasını vətənində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sının hücumçusu “Lion”un maraq dairəsindədir.

Liqa1 təmsilçisi Antuanı icarəyə götürmək niyyətindədir. Forvard Barselonanın eyniadlı təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanın ümidlərini doğrultmur. Bu üzdən də klub onu satmağa və ya icarəyə verməyə hazırdır.

Əgər Qrizmann “Lion”da oynamağa razılıq versə, Memfis Depay əks istiqamətdə hərəkət edəcək. Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq sonuncu ispaniyalıların transfer siyahısındadır.

Qeyd edək ki, cari mövsüm La Liqada 5 oyun keçirən Qrizmann qola həsrət qalıb.