15:22 27-10-2020
news_image
86
FUTBOL

Zədədən qayıdan futbolçunu “Qarabağ”la oyuna aparır – “Vilyarreal”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Vilyarreal” hücumçusu Jerar Morenonu səfər matçına aparmağı planlaşdırır.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı forvard zədəsini tam sağaldıb.

İspaniya millisinin üzvü 3 həftədən sonra ilk dəfə bu gün kollektivlə məşqlərdə iştirak edəcək. Məhz həmin məşqin ardından baş məşqçi Unay Emeri onunla bağlı qərarı verəcək. Təcrübəli mütəxəssisin forvardı İstanbula yollanacaq heyətə cəlb etməsi gözlənilir.

Jerardan fərqli olaraq, müdafiəçi Alberto Moreno və yarımmüdafiəçi Dani Parexonun zədə ucbatından oktyabrın 29-dakı matçı buraxacaqları dəqiqdir.

Qeyd edək ki, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.