15:44 27-10-2020
news_image
418
TOP OYUNLARI

“Atam ukraynalı, anam rusdur, Azərbaycan mənim vətənimdir” - Parxomenko

“Mən Bakıda doğulmuşam, atam ukraynalı, anam rusdur. Azərbaycan mənim vətənimdir”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenkoya məxsusdur.

Veteran oyunçu Dağlıq Qarabağda baş verənlərə biganə qalmayıb. O, “Asan radio”nun xüsusi layihəsinə qatılaraq Azərbaycan Ordusunun terrorçu Ermənistanla müharibədən qalib ayrılacağına inandığını gizlətməyib: “Burada mən, valideynlərim və bacım anadan olub. Mən bütün qəlbimlə Azərbaycana azarkeşlik edirəm. Baxmayaraq ki, çoxları elə deyə bilər ki, mən ukraynalıyam. Xeyr. Mən Ukraynada olmuşam, amma burada doğulmuşam. Bura mənim ölkəmdir. Mən özümü azərbaycanlı hesab edirəm. Voleybol karyerama burada, Bakıda başlamışam. 1996-cı ildən karyeramın sonuna qədər beynəlxalq arenada Azərbaycan yığmasının təmsil etməyə başlamışam. “Azərreyl”, “Lokomotiv” və “Azəryol” klublarında çıxış etmişəm. Dini məsələlər Azərbaycanda heç vaxt kəskin şəkildə olmayıb. Xristian kimi sizi deyə bilərəm ki, siz bu gün Azərbaycanda istər kilsə, istər sinaqoqları rahatlıqla ziyarət edə bilərsiniz. Siz məscidə də gedə bilərsiniz. Buyurun. Bizdə həm katolik, həm xristian kilsəsi var. Bilirəm ki, bizim Salyan kazarmasına yaxın olan kilsəmizin mesenatı azərbaycanlı olub. Azərbaycan qanunvericiliyində maddə var ki, orada aydın şəkildə yazılıb: din dövlətdən ayrıdır. Bizim tam tolerant və dünyəvi dövlətimiz var. Bu gün vətənimizi qoruyan hər bir əsgərin bilməsini istəyirəm ki, bizim burada, Bakıda, hər bir evdə olanlar onlara inanır, ümid edir və qələbə gözləyirik. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!”.