17:33 27-10-2020
news_image
116
FUTBOL

Avropa nəhənglərindən təklif – “Qarabağ”ın rəqibinə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal”ın bir futbolçusu yanvarda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Yeremi Pino qitə nəhənglərinin diqqət mərkəzinə düşüb.

Avropa Liqasının iştirak ərizəsinə salınan 18 yaşlı oyunçu üçün “Barselona”, “Atletiko”, “Sevilya” və “Yuventus” La Liqa təmsilçisinin qapısını döyüb. Müqavilə müddəti mövsümün sonuna qədər olan Pino rəhbərliyin yeni sözləşmə təklifini qəbul etmədiyindən, qış fasiləsində onu ucuz qiymətə satmaq klubun variantları arasındadır.

Qeyd edək ki, “Vilyarreal” qrup mərhələsinin II turu çərçivəsində oktyabrın 29-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda “Qarabağ”ın qonağı olacaq.