17:47 27-10-2020
news_image
131
FUTBOL

Yeni baş məşqçisini seçdi – “Trabzonspor”

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi dəyişikliyini qərara alıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik hazırkı çalışdırıcı Eddi Nyutonla yollarını ayırmaq üçün onunla danışığa başlayıb.

Super Liqanın VI turunda “Fənərbaxça”ya məğlubiyyətdən (1:3) təngə gələn “bordo-mavililər” bu həftə Nyutonla son dəfə bir araya gələcək. İngiltərəli mütəxəssisin ayrılığından dərhal sonra baş məşqçi postuna Abdullah Avcı gətiriləcək. Çünki təcrübəli mütəxəssislə artıq hərtərəfli razılıq əldə olunub. Onun köməkçilərinin isə Orhan Ak və Egemen Korkmazın olması gözlənilir.

Qeyd edək ki, “Trabzonspor” hazırda Super Liqada 5 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.