22:23 27-10-2020
news_image
84
FUTBOL

Yığmamızdan cəmi 2 zərbə - STATİSTİKA

Qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində keçirdiyi 6-cı oyunda Çexiyaya böyük hesabla (0:3) məğlub olub.
 
Apasport.az saytının məlumatına görə, UEFA D qrupu çərçivəsində baş tutan qarşılaşmanın statistikasını açıqlayıb.
 
Dörd gün əvvəl Polşa 35 qapıya zərbə müqabilində yığmamızı 3 dəfə məyus etmişdisə, bu dəfə çexlər eyni sayda qol vurmaq üçün 28 dəfə cəhd göstəriblər. Siyasət Əsgərovun kollektivi isə cəmi 2 zərbəyə imkan tapıb, onun da birində çərçivəyə düşə bilib.
 
Çexiya - Azərbaycan
Qollar – 3:0
Zərbələr – 28:2
Çərçivəyə zərbələr – 13:1
Çərçivəyə düşməyən zərbələr – 11:1
Bloklanan zərbələr – 4:0
Künc zərbələri – 10:1
Oyundankənar vəziyyət - 3:0
Sarı vərəqə - 1:0
Qayda pozuntuları – 12:6