23:04 27-10-2020
news_image
93
FUTBOL

“Mançester Yunayted”in radarında - milli üzvü

“Leypsiq” klubunun müdafiəçisi Dayo Upamekano Avropa nəhənglərinin diqqətini çəkməkdə davam edir.
 
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar sırasına daha biri qoşulub.
 
Bu dəfə “Mançester Yunayted” Fransa millisinin üzvünün çıxışını yaxından izləmək qərarına gəlib. Premyer Liqa təmsilçisi onu mövsümün sonunda heyətinə qatmağı və bununla bağlı tezliklə danışıqlara başlamağı planlaşdırır.
 
Qeyd edək ki, Dayo Upamekano cari mövsüm 5 oyunda iştirak edib, 1 qola imza atıb.