23:27 27-10-2020
news_image
107
FUTBOL

Prezidenti istefa verdi – “Barselona”nın

“Barselona”nın prezidenti Xosep Bartomeu istefa verib.
 
Apasport.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
 
Bildirilib ki, Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər. İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.
 
Qeyd edək ki, “Barselona”da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməlidir.