02:18 28-10-2020
news_image
107
FUTBOL

Ronaldo 3-cü dəfə testdən keçdi – yenə pozitiv çıxdı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə bu gün keçiriləcək oyunu buraxacağı dəqiqləşib.
 
Apasport.az saytının məlumatına görə, buna səbəb portuqaliyalı superulduzun koronavirus infeksiyasından hələ də sağalmamasıdır.
 
35 yaşlı forvard üçüncü dəfə testdən keçib və nəticəsi yenidən pozitiv çıxıb. Evində təcrid durumunda qalan forvard Kataloniya klubu ilə qarşılaşmanın iştirak ərizəsində yer almayacaq.
 
Qeyd edək ki, Kriştianu Ronaldo oktyabrın 13-də koronavirusa yoluxub.