08:58 28-10-2020
news_image
80
FUTBOL

“Rəqib bizə oynamağa imkan vermirdi” – millimizin baş məşqçisi

“Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Çalışdırıcı Avropa çempionatının seçmə mərhələsinin Çexiya ilə matçı barədə fikirlərini açıqlayıb. Əsgərov 0:3 hesablı məğlubiyyətə şərh verib: “Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki matçda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.

Çexiya milli komandasının baş məşqçisi Karel Rada da görüş barədə fikirlərini bölüşüb: “Əlbəttə, bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. İlk hissədə daha çox qol vurmaq şansımız oldu. Fasilədən sonra da bir neçə imkan yaratdıq. Qarşılaşma ərzində gərəksiz səhvlər etdik. Daha sakit olmalı və yaratdığımız imkanlardan maksimum istifadə etməli idik”.