09:02 28-10-2020
news_image
87
FUTBOL

“Liverpul”dan ilk – Çempionlar Liqasında

İngiltərənin “Liverpul” klubu ilkə imza atıb.

Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri Çempionlar Liqasının ilk iki oyununda qol buraxmayıb.

İlk turda “Ayaks”ı 1:0, dünən keçirilən II tur görüşündə “Midtülland”ı 2:0 hesabı ilə məğlub edən “mersisaydlılar” indiyədək heç vaxt ilk iki matçı qol buraxmadan başa vurmamışdı. 

Eyni zamanda “Liverpul” tarixində ikinci dəfə qrup mərhələsinə ardıcıl iki qələbə ilə başlayıb. İlk belə nəticə 2008/09 mövsümündə qeydə alınıb.