11:02 28-10-2020
news_image
86
FUTBOL

“Qarabağ”la oyuna 5 illik seriya ilə çıxacaq – “Vilyarreal”

Avropa Liqasının qrup mərhələsində İstanbulda “Qarabağ”la qarşılaşacaq İspaniya klubu “Vilyarreal” səfərdə oynamasına baxmayaraq, matçın favoritidir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Azərbaycan çempionu önündə uğurlu seriyasını davam etdirmək əzmindədir.

Unay Emerinin rəhbərlik etdiyi komanda Avropa Liqasının qrupundakı son 11 səfər qarşılaşmasında məğlubiyyət üzü görməyib. Axırıncı dəfə 2015/16 mövsümündə Vyana “Rapid”inə uduzan (1:2) “Vilyarreal” son 11 matçın 3-də qələbə qazanıb, 8-də rəqibləri ilə bərabərə qalıb.

Qeyd edək ki, oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.