11:22 28-10-2020
news_image
142
FUTBOL

Klubun fəaliyyətini dayandırılmasına qərar verildi – sakinlər şəhəri tərk edir

Tunis futbolunda qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyasının “Çebba” klubunun fəaliyyətini dayandırmaqla bağlı qərarı şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Klubun dəstək koordinasiyası ölkə prezidentinə və yerli hökumətə rəsmi xəbərdarlıq göndərib. Qərarın ləğv edilməyəcəyi təqdirdə Çebba şəhərinin sakinləri İtaliyaya köçəcəklər. Artıq 1943 nəfər şəhəri tərk etməklə bağlı siyahıya adını yazdırıb. Onları İtaliyaya aparmaq üçün 47 gəmi ayrılıb. Çebba sakinləri son qərar üçün sabaha qədər vaxt verib.

Qeyd edək ki, “Çebba” yeni mövsümlə bağlı tələb olunan sənədləri tam təqdim etmədiyi üçün Tunis Futbol Federasiyası klubun fəaliyyətinin dayandırılmasını və 2020/21 mövsümündə bütün turnirlərdən kənarda qalmasını qərara alıb.