13:13 28-10-2020
news_image
100
FUTBOL

3-cü dəfə “yox” dedi - “Bavariya”ya

Almaniyanın “Bavariya” klubu müdafiəçisi David Alabanı yeni müqaviləyə heç cür razı sala bilmir.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında növbəti danışıqlar bir nəticə verməyib.

Münhen təmsilçisi üçüncü dəfə Avstriya yığmasının üzvü ilə danışıq masası arxasında əyləşib. Lakin rəhbərliyin təklifi ilə 28 yaşlı oyunçunun tələbləri üst-üstə düşməyib. Alaba mövsümün sonunda Bundesliqa çempionunu azad agent kimi tərk etməyi planlaşdırır.

Qeyd edək ki, David Alabanın “Bavariya” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.