14:09 28-10-2020
news_image
106
FUTBOL

“Barselona” hücumçu tapdı – Depayın əvəzinə

Niderlandın PSV klubunun hücumçusu Doniel Melen “Barselona”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin niderlandlı baş məşqçisi Ronald Kuman hücum xəttini həmyerlisi ilə gücləndirməyi planlaşdırır.

Düzdür, La Liqa təmsilçisi üçün Memfis Depay prioritet sayılır. Lakin Fransa “Lion”unun forvardının keçidi heç cür alınmır. Bu üzdən də barselonalılar Depay transferindən imtina edərsə, Donieli heyətinə qatacaq.

Qeyd edək ki, 21 yaşlı forvard cari mövsüm Niderland çempionatında 6 oyuna 3 qol vurub.