15:27 28-10-2020
news_image
123
FUTBOL

3-ü uğurlu, 3-ü uğursuz – 7 cəhd

Tarixində 7-ci dəfə avrokubokların qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” sabah “Vilyarreal”la görüşəcək.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi ilə İstanbulda keçiriləcək matç Ağdam klubunun Avropa Liqasının cari mövsümünün İ qrupundakı ilk ev oyunu olacaq.

Qurban Qurbanovun yetirmələri əvvəlki 6 mövsümdən üçündə ilk ev qarşılaşmasında xal qazanıb. “Sent-Etyen” və “Slovan”la heç-heçə edən “Qarabağ” “Anderlext”i məğlubiyyətə uğradıb.

Lakin son üç ildə evdəki ilk matç uğursuz nəticələnib. Çempionlar Liqasında “Roma”, Avropa Liqasında isə “Arsenal” və “Sevilya”ya uduzub.

Qrupdakı ilk ev oyunları
18.09.2014. Qarabağ  - Sent-Etyen (Fransa) - 0:0
01.10.2015. Qarabağ  - Anderlext (Belçika)  - 1:0
15.09.2016. Qarabağ  - Slovan (Çexiya) - 2:2
27.09.2017. Qarabağ  - Roma (İtaliya) - 1:2
04.10.2018. Qarabağ  - Arsenal (İngiltərə) - 0:3
19.09.2019. Qarabağ  - Sevilya (İspaniya) - 0:3