15:49 28-10-2020
news_image
76
FUTBOL

İngiltərə klubunun hədəfində - sönmüş ulduz

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını yenidən Avropada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu İngiltərənin “Birminhem” klubunun maraq dairəsinə düşüb.

Ön xətdə problemlərlə üzləşən Çempionşip təmsilçisi xilas yolunu erkən sönən ulduzda görür. Birminhemlilər bu ilin avqustunda “San-Paulu” ilə müqaviləsini qarşılıqlı şəkildə pozan Patonu azad agent kimi sıralarına qatmağa çalışır.

31 yaşlı cənubi amerikalı İtaliya variantlarını da götür-qoy edir. A seriyası təmsilçiləri “Spezia” və “Cenoa” da onu heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, təxminən 10 il əvvəl dünya futbolunun ən böyük istedadlarından biri olan Patonun karyerası istənilən kimi alınmayıb. “Milan”dan ayrıldıqdan sonra “Korintians”, “San-Paulu”, “Çelsi”, “Vilyarreal” və Çin təmsilçisi “Tianjin”də çıxış edən braziliyalı ümidləri doğrultmayıb.