16:23 28-10-2020
news_image
51
DİGƏR NÖVLƏR

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” - Azərbaycan Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərinin ermənilər tərəfindən raket atəşinə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.