17:24 28-10-2020
news_image
261
FUTBOL

“Qalatasaray”a keçidi baş tutmadı – yığmamızın sabiq futbolçusunun oğlunun

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın “Qalatasaray”a keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə nəhəngi gürcüstanlı futbolçunun çıxış etdiyi Rusiya “Rubin”inə rəsmi təklif göndərib.

Kazan təmsilçisi Xviçanı satmaqdan imtina edib. Bu barədə məlumatı klubdan veriblər: “Onlar 15 milyon avro ödəməyə hazır idi. Lakin baş direktor Rüstəm Salmanov futbolçunu satmaqdan imtina edib”.

Qeyd edək ki, Gürcüstan millisinin futbolçusu Dortmund “Borussiya”sının da maraq dairəsindədir.