00:00 29-10-2020
news_image
114
FUTBOL

“Qarabağ”la oyunun iştirak ərizəsini açıqladı – “Vilyarreal”

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunda oyunun iştirak ərizəsi müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi matçın baş tutacağı İstanbula 24 futbolçu ilə yollanıb.
 
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Baş məşqçisi Unay Emerinin sərəncamında olanlardan 4 oyunçu B listindən əlavə olunub.
 
Müxtəlif səbəblərdən Xerard Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan Türkiyəyə gedən heyətdə yer almayıblar.
 
Qapıçılar: 1. Serxio Asenxo, 13. Jeronimo Rulli (Argentina), 35. Filip Yorgensen (İsveç)
Müdafiəçilər: 2. Mario Qaspar, 3. Raul Albiol, 21. Xayme Kosta, 22. Sofian Çakla (Mərakeş), 20. Ruben Penya Ximenes, 24. Alfonso Pedraza, 4. Pau Torres, 6. Funes Mori (Argentina), 8. Xuan Foit (Argentina)
Yarımmüdafiəçilər: 10. Visente İborra, 14. Manu Trigeros, 23. Moi Qomes, 19. Frensis Kokelin (Fransa), 11. Samuel Çukvuze, 16. Takefusa Kubo (Yaponiya), Ramiro Querra, 32. Aleks Baena
Hücumçular: 9. Karlos Bakka (Kolumbiya), 12. Daniel Raba, 17. Pako Alkaser, 20. Fernando Ninyo.
 
Qeyd edək ki, oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.