00:12 29-10-2020
news_image
126
FUTBOL

“Milan”ın fəxri prezidenti oldu - əfsanəvi futbolçusu

“Milan”ın əfsanəvi futbolçusu Franko Barezi klubun fəxri prezidenti vəzifəsinə layiq görülüb.
 
Apasport.az saytının məlumatına görə, İtaliya klubunun prezidenti Paolo Skaroni səhmdarların onlayn konfransı zamanı bunu elan edib.
 
60 yaşlı Barezinin bu vəzifəyə təyinatı onun vida matçının 23-cü ildönümünə təsadüf edib. O, 1997-ci il oktyabrın 28-də digər klubların yığmasından ibarət komandaya qarşı sonuncu dəfə “Milan”ın formasını geyinib. Həmin matçda “Milan” 5:1 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, karyerası ərzində yalnız “Milan”ın formasını geyinən Franko Barezinin 6 nömrəli forması əbədiləşdirilib.