09:02 29-10-2020
news_image
107
FUTBOL

“Onu zərərsizləşdir, “Vilyarreal”ı büdrət” - “Qarabağ”a çıxış yolu

Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq İspaniya klubu “Vilyarreal”ın əsas silahı hücumçuları olacaq.
 
Apasport.az saytının məlumatına görə, xarici futbol mütəxəssisləri La Liqa təmsilçisində ən təhlükəli oyunçuların Pako Alkaser və Karlos Bakka olduğunu vurğulayıblar.
 
Ümumi rəyə əsasən, “Qarabağ”, xüsusən də, birincini zərərsizləşdirməyi bacarsa, güclü rəqibini büdrədə bilər: “Vilyarreal”ın hücum xətti rəqib üçün qorxuludur. Alkaser və Bakka Avropa Liqasında komandanın əsas silahlarıdır. “Qarabağ”ın bu matçda xal almasının yolu Pakonu zərərsizləşdirməkdir. Necə ki, “Kadis” ötən həftə La Liqada bunu bacararaq, rəqibini büdrətdi”.
 
Adıçəkilən forvardlarla yanaşı, Azərbaycan çempionuna “Vilyarreal”ın yarımmüdafiəçisi Takefusa Kuboya da diqqət yetirmək məsləhət görülüb. Çünki baş məşqçi Unay Emeri avrokubok görüşlərində şans verdiyi 19 yaşlı oyunçuya sərbəstlik verir.
 
Qeyd edək ki, sabah İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.