09:19 29-10-2020
news_image
72
FUTBOL

Ən yaxşı adına namizədlər açıqlandı – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, II turda fərqlənən dörd futbolçu müəyyənləşib.

Mükafata Markus Reşford (Mançester Yunayted), Joau Feliş (Atletiko), Duvan Zapata (Atalanta) və Moyze Kin (PSJ) iddia edir. Həftənin oyunçusu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olacaq.