09:23 29-10-2020
news_image
90
FUTBOL

Tarixin 5-cisi – Çempionlar Liqasında

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, futbolçu II turun “Leypsiq”lə matçında (5:0) sonradan meydana çıxan futbolçu het-trikə imza atıb.

O, belə nailiyyətə imza atan 5-ci oyunçudur. Çempionlar Liqası tarixində Reşforda qədər 4 futbolçu meydana sonradan çıxsa da, het-trik müəllifi olub. Bunlar Killian Mbappe, Xoseba Lorente, Valter Pandiani və Eve Reslerdir.