09:40 29-10-2020
news_image
82
FUTBOL

İstefa verdi – “Antalyaspor”un baş məşqçisi

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Antalyaspor” çalışdırıcısı Tamer Tuna ilə yollarını ayırıb.

Buna 44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı səbəb olub. Tuna “Başakşəhər”lə ötən turun görüşündən sonra klubun transfer siyasəti ilə öz hədəflərinin üst-üstə düşmədiyini açıqlamışdı.

2019/20 mövsümünün gedişində bu posta təyin olunan baş məşqçi 29 matçda komandaya rəhbərlik edib. Bu müddətdə 11 qələbə qazanan komanda 12 heç-heçə edib və 6 dəfə uduzub.