09:48 29-10-2020
news_image
103
FUTBOL

Yeni məhsuldarlıq rekordu - Halanddan

Almaniyanın “Borussiya” klubunun futbolçusu Erlinq Haland Çempionlar Liqasında 10-cu oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin “Zenit”lə qarşılaşmasında (2:0) qol sevinci yaşayan norveçli 12-ci dəfə rəqib qapılarına yol tapıb.

Bu, turnirin tarixində mütləq rekorddur. Heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda belə məhsuldar olmayıb.

Halanda qədər rekorda üç futbolçu imza atmışdı. Bunlar 10 matçda 9 dəfə fərqlənən Simone İnzaqi (Latsio), Harri Keyn (Tottenhem) və Sadio Manedir (Liverpul).