11:01 29-10-2020
news_image
78
FUTBOL

Favoriti açıqlandı - “Qarabağ” – “Vilyarreal” oyununun

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Türkiyənin İstanbul şəhərində keçiriləcək qarşılaşmada qonaqları favoriti sayırlar. 

Bu gün “Başakşəhər” Fatih Terim stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 5,75, məğlubiyyəti 1,65 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,28 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.