11:31 29-10-2020
news_image
96
FUTBOL

Danimarkalı futbolçu alır - “Beşiktaş”

Türkiyənin “Beşiktaş” klubunun qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Filip Zinkernayceli transfer etməyə qərar verib.

Bu keçid Vinsent Abubakarın israilli meneceri Pinhas Zahavinin məsləhəti ilə gerçəkləşəcək. Norveçin “Bodo Qlimt” klubunda çıxış edən 26 yaşlı cinah oyunçusu qış fasiləsində azad agent kimi transfer oluna bilər.

Qeyd edək ki, danimarkalı futbolçu bunadək “Koqe”, “Sonderyuske” ve “Helsinborq”un şərəfini qoruyub.