12:48 29-10-2020
news_image
81
DİGƏR NÖVLƏR

Hər iki binasının infrastrukturu sıradan çıxıb - Bərdə Olimpiya İdman Kompleksinin

Ermənistan raket zərbələri Bərdə Olimpiya İdman Kompleksinə ciddi ziyan dəyib.

Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 

3,8 hektar ərazini əhatə edən idman obyektinin hər iki binasının infrastrukturu sıradan çıxıb. Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun sözlərinə görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq, ilkin hesablamalara əsasən kompleksə yüzminlərlə manat dəyərində ziyan dəyib.

Yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.