13:31 29-10-2020
news_image
56
FUTBOL

Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423  mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2406 yaşayış evi yarasız hala düşüb.