14:39 29-10-2020
news_image
244
DİGƏR NÖVLƏR

Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi - MN

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.