21:23 29-10-2020
news_image
97
FUTBOL

“Zlatan deyilsinizsə, risk etməyin” – İbrahimoviç koronavirus barədə

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç koronavirus pandemiyası haqda fikirlərini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl bu infeksiyaya yoluxmuş 39 yaşlı isveçli hücumçu növbəti dəfə qeyri-adi fikirləri ilə diqqət mərkəzinə düşüb.
 
Skandinaviyalı virusdan qorunmağın yollarını göstərib: “Virus mənə meydan oxudu. Mən də ona qalib gəldim. Amma əgər siz Zlatan deyilsinizsə, risk etməyin. Başınızla düşünün, qaydalara hörmət edib. Sosial məsafəyə riayət edin və maska taxın”.
 
Qeyd edək ki, Zlatan cari mövsüm A seriyasında 3 oyuna 6 qol vurub.