21:49 29-10-2020
news_image
109
FUTBOL

Türkiyədə Azərbaycan çempionuna dəstək - “Yanındayıq “Qarabağ”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Vilyarreal” matçının keçiriləcəyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycana, eləcə də “Qarabağ” klubuna dəstək xarakterli plakatlar yerləşdirilib.

Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar”, "Qardaş səninləyik", "Dualarımız sizinlədir" tipli pankartlar diqqət çəkir.

Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Qeyd edək ki, Azərbaycan çempionunun “Vilyarreal”la görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.