00:18 30-10-2020
news_image
136
FUTBOL

"Qoldan sonra sanki ayıldıq" - Unay Emeri

“Çox maraqlı oyun oldu, rəqabətədavamlı matç keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutan görüşdə İspaniya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Emeri qarşılaşmadan sonra fikrini bu cür ifadə edib: "Qarabağ" ilk hissədə öz oyununu göstərməyi bacardı. Düzdür, rəqibə çox qol imkanı vermədik. Amma meydanda istədiyimizdən zəif komanda gördüm. İkinci hissədə daha yaxşı idik, pressinq edirdik. Qoldan sonra sanki ayıldıq. 80 dəqiqə boyunca etməli olduğumuzu son 10 dəqiqədə etdik. Bu gün qələbəyə layiq idik".

- Daha öncə gördüyünüz "Qarabağ"la bugünkü komanda arasında nə kimi fərq var idi?
- İki mövsüm əvvəl "Arsenal"la bu komandaya qarşı oynamışdım. "Qarabağ"ın çox şən, cəlbedici oyunu var. Müqayisə etdikdə təxminən oxşar durumdur. Bəzi hücumameyilli oyunçuları ilk hissədə bacarıqlarını göstərdilər. 

- Hesab açıldıqdan sonra oyunu çevirib qələbə qazanacağınıza ümidiniz var idi?
- Əsas odur ki, buraxılan qoldan sonra sakitliyimizi qoruduq, bu da sonda qələbə ilə nəticələndi. Təbii ki, inamımız var idi.

- Penalti epizodunu necə dəyərləndirərdiniz? La Liqada belə epizodlarda penalti verirlər?
- Penalti oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da, hesab bəlli idi. VAR sistemi ilə bunu daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, oyunçunun əllə təması var idi.

- Digər rəqibləri də nəzərə alsaq, "Qarabağ"ın qrupdan çıxmaq şansını necə qiymətləndirirsiniz?
- İlk növbədə qeyd edim ki, bu gün qələbə qazanmaq bizim üçün önəmli idi. Qarşıda hələ oyunlar var. Qələbədən başqa heç bir nəticə nə "Qarabağ"a, nə də bizə sərf edirdi. Amma düşünürəm ki "Qarabağ"ın hələ qrupdan çıxmaq imkanları var.

- Türkiyədə “Sivasspor” və “Qarabağ”la qarşılaşdınız. Hansı komanda sizə daha çətin anlar yaşatdı?
- Hər iki komanda bizə çətin anlar yaşatdı. Türkiyə çempionatı yaxşı liqalardan biridir. “Sivasspor” da ötən mövsümü yaxşı keçirmişdi. Düzdür, bu gün “Sivasspor” “Makkabi”yə uduzdu. İsrail klubunu tanımıram. “Qarabağ” da təcrübəli, güclü komandadır. Romero, Medina kimi keyfiyyətli oyunçuları var. Düşünürəm ki, qarşıdakı matçlarda qələbə qazanıb, vəziyyəti xeyirlərinə dəyişə bilərlər.