12:40 30-10-2020
news_image
73
FUTBOL

Lisenziyalaşdırma qaydaları – klublarımız üçün

Bu gün Premyer Liqa və l divizionda çıxış edən klubların nümayəndələri üçün videokonfrans formatında iclas keçirilib.

Apasport.az saytının məlumatına görə, Lisenziyalaşdırma qrupunun 2021-22-ci il Lisenziyalaşdırma mövsümünə həsr olunan yığıncaq açılış xarakteri daşıyıb.

İclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı
 
Qeyd edək ki, iclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.