13:01 30-10-2020
news_image
82
FUTBOL

“Titul qazanmasına qədər 15-20 il keçə bilər” – “Mançester Yunayted”in

“Mançester Yunayted”in titul qazanmasına qədər 15-20 il keçə bilər”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.

Futbolçu kimi “Mançester Yunayted”in əfsanəsi olan uelsli komandanın indiki acınacaqlı durumuna şərh verib. O, mançesterlilərin uğur həsrətinin səbəbini səviyyəli mütəxəssislər və imkanlı klubların olması ilə izah edib: “Xüsusilə də əgər Yurgen Kloppla Pep Qvardiola Premyer Liqada qalsa, onların pulu və səviyyəli futbolçuları olsa. Düşünürəm ki, biz “Liverpul”dan nümunə götürməliyik. Hətta Kloppa 4,5 il lazım gəlmişdi ki, titul qazansın. Bu, çox vaxt aparacaq. Klopp hər mövsüm komandanı yaxşılaşdırırdı. Çempionlar Liqasının qazananda ona olan təzyiq azaldı”.