13:59 30-10-2020
news_image
77
FUTBOL

“Liverpul”dan gedir – belçikalı hücumçu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqi qış fasiləsində komandanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu vətənində oynamaq imkanı qazanıb.

“Brügge” Oriqini icarəyə götürmək istəyir. Mersisaydlıların heyətinə düşməkdə çətinlik çəkən forvard da keçidin əleyhinə deyil.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2014-cü ildən “Liverpul”un şərəfini qoruyur. Bu müddətdə forvard “Lill” və “Volfsburq”da da icarədə oynayıb.