15:02 30-10-2020
news_image
134
FUTBOL

Liderlər Sumqayıtda - mükafatçılar Bakıda

Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək.

Apasport.az saytının məlumatına görə, sabah başlayacaq VIII turun matçları iki gün ərzində baş tutacaq.

Son pillədən qurtulmaq uğrunda mübarizə aparan “Qəbələ” çətin durumda olan “Sabah”ı qəbul edəcək. İlk qələbəsini qazanmaq əzmində olan meydan sahibləri rəqibini keçmək üçün turu itkisiz adlamalıdır. Bakılılara isə məğlubiyyət seriyasına son qoymaq üçün bir xal da yetər.

Paytaxt derbisində “Zirə” “Səbail”i sınağa çəkəcək. Autsayderlər qrupunda qərarlaşan sonuncular turnir cədvəlinin ən aşağı pilləsinə düşmək riskindən qaçmaq üçün xal qazanmalıdır. Rəşad Sadıqovun yetirmələri liderlər qrupunda qalmaq arzusunu qələbə ilə reallaşdıra bilər.

İkinci oyun günü də paytaxtdan kənarda başlayacaq və Bakıda bitəcək. Çempionatın liderləri Sumqayıtda görüşəcək. “Sumqayıt” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Ayxan Abbasovun komandası zirvədəki yerini qorumaq üçün uduzmamağa borcludur. Bakılılar isə həm ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağa, həm də liderliyə yüksəlməyə köklənib.

Tura ötən mövsümün mükafatçılarının görüşü ilə yekun vurulacaq. Gözləniləndən aşağı səviyyədə çıxış edən “Qarabağ” öz meydanında “Keşlə”ni sınağa çəkəcək. Eyni xala malik rəqiblərin duelində məğlub olan tərəf liderlərdən xeyli uzaq düşəcək.

Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər:
Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Səbail”
Hakimlər:
Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

1 noyabr (bazar)
14:00. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Keşlə”
“Azersun Arena”

 

1

Sumqayıt

7

4

2

1

11-7

14

2

Neftçi

7

4

1

2

7-6

13

3

Zirə

7

3

2

2

8-8

11

4

Qarabağ

6

2

3

1

8-4

9

5

Keşlə

7

2

3

2

6-5

9

6

Sabah

7

2

0

5

7-9

6

7

Səbail

6

1

2

3

7-9

5

8

Qəbələ

7

0

5

2

4-10

5

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol.