15:24 30-10-2020
news_image

“Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq” - Həbib Nurməhəmmədov

“Ulu tanrı azad söz lozunqu altında milyard yarımdan artıq müsəlmanın hisslərini təhqir edən bu məxluqun və davamçılarının simasını eybəcərləşdirsin”.

Apasport.az saytının məlumatına görə, bunu MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.

Bir neçə gün öncə karyerasını başa vuran rusiyalı Fransa prezidenti Emanuel Makronun müsəlmanlar barədə fikirlərinə sərt reaksiya verib: “Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq. Allah öz hesabını aparandır və siz bunu görəcəksiniz. Biz müsəlmanlar öz peyğəmbərimiz Məhəmmədi (Allahın həmd və salamı olsun) analarımız, atalarımız, uşaqlarımız, həyat yoldaşlarımız və ürəyimizə yaxın olan digər insanlardan çox sevirik. Mənə inanın ki, bu təxribatların onun yanında qalmayacaq, sonluq həmişə Allahdan qorxanların tərəfindədir”.

Qeyd edək ki, fransalı müəllim Samuel Patinin qətlindən sonra Makron islam dini ilə bağlı qeyri-etik fikirlər səsləndirib.