16:06 30-10-2020
news_image
306
TOKİO-2020

Azərbaycanlı hakimə etimad – Tokio-2020-də

Tokio Yay Olimpiya Oyunlarında karate üzrə keçiriləcək yarışları idarə edəcək hakimlər dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Dünya Karate Federasiyasına (WKF) üzv olan 200 dövlət arasından seçilən referilər siyahısına azərbaycanlı ədalət təmsilçisi də daxil edilib. 

Ölkəmizin idman şərəfini Olimpiadada beynəlxalq dərəcəli hakim Cahangir Babayev qoruyacaq. 

Hakimlər Komissiyası tərəfindən tərtib olunan siyahıya daha 2 beynəlxalq referi ehtiyat hakim kimi əlavə ediləcək.