16:08 30-10-2020
news_image
99
FUTBOL

Həftənin oyunçusu açıqlandı – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, mükafata “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford layiq görülüb.

O, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. Buna hücumçunun qrup mərhələsinin II turunun “Leypsiq”lə qarşılaşmasında sonradan meydana daxil olaraq 3 qol vurması səbəb olub.