17:32 30-10-2020
news_image
91
FUTBOL

Bəraət verildi – PSJ-nin prezidentinə

Fransanın PSJ klubunun prezidenti, “beIN Media Group”un rəhbəri Nasser Al-Xelaifinin məhkəməsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, İsveçrə federal məhkəməsi FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunan klub prezidentinə bəraət qazandırıb.

Valke isə 120 günlük şərti azadlıqdan məhrum edilib. İstintaq müəyyənləşdirib ki, o, Sardiniyada villa alarkən 500 min avroluq avans ödənişini 3-cü şəxsə verib.

Valkenin əvəzinə bu villanı Al-Xelaifi alıb. Bu üzdən də o FİFA-nın baş katibinə villadan icarə haqqı ödəmədən istifadə üçün 18 aylıq müddət verib. Hərçənd icarə haqqı 0,9-1,8 milyon avro ola bilərdi.

Qeyd edək ki, Al-Xelaifi 2011-ci ildən PSJ, 2013-cü ildən mediaholdinqin rəhbəridir. Valke isə 2015-ci ilin sentyabrında 8 il tutduğu baş katib vəzifəsindən kənarlaşdırılıb.