22:49 30-10-2020
news_image
98
FUTBOL

Hakimlər açıqlandı – “Sumqayıt” – “Neftçi” oyununun

Azərbaycan Premyer Liqasında VIII turun son təyinatları açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, noyabrın 1-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
 
“Sumqayıt”la “Neftçi” arasında turun mərkəzi oyunu Rauf Cabbarova tapşırılıb. “Qarabağ” – “Keşlə” qarşılaşmasında isə Əliyar Ağayev fit çalacaq.
 
Azərbaycan Premyer Liqası
VIII tur
1 noyabr
"Sumqayıt" - "Neftçi"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena", 14:00
 
"Qarabağ" - "Keşlə"
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı 
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena", 16:00