23:18 30-10-2020
news_image
98
FUTBOL

Het-trikə imza atdı, ən yaxşı oldu – Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, mükafata Avstriyanın “Volfsberger” klubunun üzvü Mihael Lindl sahib çıxıb.
 
35 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin II turunun ən yaxşısı seçilib. O, UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğuda qalib gəlib.
 
Qeyd edək ki, Niderland “Feyenoord”u ilə qarşılaşmada (4:1) het-trikə imza atan Mihael iki qolu penaltidən vurub.