09:52 31-10-2020
news_image
140
FUTBOL

“Qarabağ bizimdir, bizim qalacaq” – “Trabzonspor” azarkeşlərindən dəstək

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstəyi davam edir.
 
Apasport.az saytının məlumatına görə, “Trabzonspor” klubu növbəti dəfə ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
 
“Bordo-mavilililər”in Super Liqanın VII turunda “Kasımpaşa” ilə ev oyunu zamanı qapı arxasındakı tribunalarda yer alan azarkeşlər böyük Azərbaycan bayrağı açaraq “Qarabağ bizimdir, bizim qalacaq” şüarını səsləndiriblər.
 
Qeyd edək ki, “Trabzonspor” dünənki qarşılaşmada “Kasımpaşa”ya 3:4 hesabı ilə məğlub olub.