11:15 31-10-2020
news_image
69
FUTBOL

Gələcəyi ilə bağlı qərarını verdi - Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis komandasında qalmaq istəyində olduğunu bildirib.

Qvardiola cari mövsüm kuboklar qazanmaq arzusunu da dilə gətirib: “Mançester Siti”də inanılmaz dərəcədə xoşbəxtəm. Burada olduğum üçün şadam. Ümid edirəm ki, cari mövsüm klubumla uğurlu iş görərəm və daha uzun müddət komandada qalaram”.

Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqavilə  müddəti 2021-ci ilin yayına qədərdir.