12:31 31-10-2020
news_image
111
FUTBOL

Avrokuboklarda komanda sayı azalacaq – Türkiyənin

2022/23 mövsümündə avrokuboklarda Türkiyə klublarının sayı azalacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandaların cari mövsüm Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) uğursuz çıxış etməsidir.

Yalnız “Başakşəhər” Çempionlar Liqasının, “Sivasspor” isə Avropa Liqasının qrupunda ölkəni təmsil etsə də, onların da xalsız qalması Türkiyənin UEFA reytinqində 13-cü pilləyə enməsinə səbəb olub. Builki ölkə çempionunun 2021/22 mövsümündə ÇL-in birbaşa qrup mərhələsindən yarışa qoşulmayacağı dəqiqdir.

Türkiyənin 11 və 12-ci yerlərdə qərarlaşan Şotlandiya ilə Ukraynanı geridə qoymaq şansı artıq möcüzəyə bərabər göstərilir. Qeyri-adi hadisə baş verməsə, 2022/23 mövsümündə qardaş ölkəni 5 deyil, 4 klub Avropa arenasında təmsil edəcək. Belə olarsa, Super Liqanın qalibi ÇL-də, Türkiyə kubokunu qazanan isə AL-də qrupa vəsiqə əldə etmək üçün iki təsnifat mərhələsi səddini aşmalı olacaq. Çempionatda 2-3-cü yerləri tutanlar da Konfrans Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, “Sivasspor” hazırda Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alır. Hər iki komanda ilk iki turdan sonra aktivinə xal yazdıra bilməyib. Noyabrın 5-də Sivasda “Sivasspor” – “Qarabağ” matçı keçiriləcək.