12:46 31-10-2020
news_image
86
FUTBOL

“Keşlə” və “Sabah”ın əcnəbi futbolçusuna dəvət – millidən

Moldova millisinin noyabrda keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Engin Fırat 28 futbolçuya dəvət göndərib.

Yığmaya çağırılan oyunçulardan 19-u ölkə xaricində legioner həyatı yaşayır ki, onlardan ikisi karyerasını Azərbaycanda davam etdirir. Türkiyəli mütəxəssis “Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçuka da dəvət göndərib.

Qeyd edək ki, Moldova yığması noyabrın 12-də Rusiya ilə yoldaşlıq görüşündə 15-də və 18-də isə Millətlər Liqasında müvafiq olaraq Yunanıstan və Kosovo ilə qarşılaşacaq.