13:41 31-10-2020
news_image
92
FUTBOL

Daha bir testdən keçəcək – Ronaldo

Koronavirus infeksiyasına yoluxan İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun dönüşü yubana bilər.

Apasport.az saytının məlumatına görə, son testi neqativ çıxan Portuqaliya millisinin kapitanına fərdi məşq keçmək icazəsi verilib.

Ancaq 35 yaşlı superulduz bu gün daha bir test verəcək. Əgər onda da cavab neqativ olarsa, forvardın kollektivə qoşulmasına icazə veriləcək. 

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin düşərgəsində olarkən koronavirusa yoluxub və “Yuventus”un 4 oyununu buraxıb.